logo
Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı - MÜSAHİBƏ 2

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı - MÜSAHİBƏ 2

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı - MÜSAHİBƏ 2 Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı - MÜSAHİBƏ 2

- Özünüz haqqında zəhmət olmasa məlumat verin.

Salam. Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam. Bu il isə İsveçrənin Sürix Universitetinə qəbul olmuşam.

- Başqa Universitet seçə bilərsiniz niyə ETH Sürix seçdiniz?

Mən universitetləri çox araşdırdım. Öyrəndim ki, ETH Sürix Universiteti fəlsəfəsi təkcə təhsil deyil, sizi bir çox yöndə inkişaf etdirməkdir. Mənim riyaziyyata marağım var, amma ETH Sürix Universiteti məni hüquqla boğmur. Bir tərəfdən əxlaq, bir tərəfdən sənət və s. dərslər də alırsınız. Bu cür təhsil üzrə dünya üzrə bir nömrəli universitetdir. Müəllimləri bir nömrədir. ETH Sürix qəbul olan tələbələrdən ibarət qruplar yaradılır. Qəbul alan tələbələrlə söhbət edirik, görürəm ki, inanılmaz şeylər ediblər. Adam həyəcanlanır. Hər tələbədə parlaq bir istiqamət görüblər ki, onları qəbul ediblər. İnanılmaz bir icma qururlar. Mən də o icmanın bir parçası olmaq, o təhsili almaq üçün ETH Sürix seçdim.

- Sizcə, ETH Sürix niyə sizi seçdi?

Bunu onlar daha dəqiq cavablaya bilər (Gülür).

- Təhsiliniz ödənişlidir, yoxsa təqaüdlü?

ETH Sürix Universitetinin sistemi belədir ki, onu seçən tələbələrin maddi ehtiyacı varsa, bütün maddi ehtiyaclarını təmin edir. Ora qəbul olan tələbələr də maddi ehtiyacları varsa, təqaüd üçün müraciət edir, yoxdursa, etmirlər. Deyək ki, ETH Sürix qəbul oldunuz, amma sizin təyyarə bileti almağa belə pulunuz yoxdur. ETH Sürix ehtiyacınız olduğunu sübut etsəniz, sizin təyyarə biletinizi də alır və heç bir ödəniş istəmədən ETH Sürix qəbul edir. Universitetin maddi durumu yaxşıdır. Sistemləri belədir ki, maddi durumu yaxşı olanlardan pul alırlar, olmayan şəxsdən isə pul gözləmirlər. Ödəniş məsələsi ilə bağlı hər kəs də buna uyğun qərar verir.

- İntellektual yarışlara marağınız necədir?

İntellektual oyunlarla tanışlığım məktəb illərinə təsadüf edir. Günün çox hissəsini kitab oxumağa və film izləməyə sərf edirdim. Buna görə də, bu tipli verilişlərə həvəsli idim. Məktəbdə keçirilən yarışlarda uğurlu nəticə göstərirdim. Bundan sonra komanda yoldaşlarımla bu yolda davam etməyə qərar verdik.

Məktəb vaxtı aktiv olmusunuz, bəs tələbəlik dövründə nələr edirdiniz?

Ali təhsil aldığım müddətdə ixtisasımla bağlı bir çox təcrübə proqramlarında iştirak eləmişəm. Akademik yönə marağım olduğu üçün elmi məqalələr də yazırdım.

- Təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıtmaq, fəaliyyətinizi burada davam etdirmək fikriniz varmı?

Mənim əsas planım İsveçrədə olduğum müddətdə də təcrübə yığmağımdır. Ümumiyyətlə, qısa müddətdə qlobal şirkətlərin təcrübələrini maksimum dərəcədə mənimsəməyi, korporativ təcrübə topalamağı hədəfləyirəm. Təhsilimi başa vurub təcrübə topladıqdan 2 il sonra əlbəttə ki, Azərbaycana qayıtmağı planlaşdırıram. Yəni İsveçrədə topladığım qlobal təcrübələri Azərbaycanda tətbiq etməyi hədəfləyirəm.

- müsahibə üçün təşəkkürlər

Təşəkkürlər 

Müsahibəni aldı: aparıcı Zümrüd Bədəlova 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media