https://innews.media/uploads/news/2024-10/_innews_3a600930854c497e9b08101f5_o.jpg
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Qarabağda, ilk dəfə Füzulidə beynəlxalq avarçəkmə yarışı təşkil edir.
“Mingəçevir Reqatası-2024”-də 12 ölkə - Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək avarçəkən Köndəlançayda avar çəkəcək.
Oktyabrın 17-də Füzulinin azad olunması günündə Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi, 16 və 18 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində gərgin mübarizə və yarışların bağlanış mərasimi baş tutacaq. Qələbə sevincini birlikdə yaşayaq!
Ən son xəbərləri səhifəmizdən də izləyin