logo
“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı “Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” böyük maraqla davam edən Kudos intellektual-əyləncəli quiz oyunlarının 4-cü mövsümünün finalçılarının mükafatlandırılmasına dəstək olub. 300-ə yaxın komandanın iştirak etdiyi yarışmanın bu mövsümündə “Nar” qalib olan komandaları təbrik edərək onlara xüsusi hədiyyələr təqdim edib.

“Nar” ölkədə intellektual oyunları dəstəkləyərək gənclərin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Mobil operatorun korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri təhsilin və intellektual fəaliyyətlərin təşviqi ilə cəmiyyətin intellektual potensialını gücləndirməkdir. “Nar”ın bu istiqamətdə həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin