https://innews.media/uploads/news/2024-10/_innews_a4294080b4f0c54f1f7db279f_o.jpg
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Agentliyin struktur bölmələrində “minaaxtaran” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
Təminatlar:
- Layiqli əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə.
Tələblər:
Minaaxtaran vəzifəsinə qəbul edilmək üçün aşağıdakı meyarlara uyğun gələn şəxslər müraciət edə bilərlər:
- Fiziki və əqli cəhətdən sağlam olan Azərbaycan Respublikasının vətəndaşı olan 40 yaşınadək şəxslər (kişilər);
- Hərbi xidmətini başa vurmuş şəxslər;
- Cinayət məsuliyyətinə cəlb olunmayan və ya məhkumluğu olmayan şəxslər;
- Narkotik vasitələrə, psixotrop maddələrə və prekursorlara qarşı asılılığı olmayan şəxslər;
- Hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış 45 yaşınadək olan aid zabit və gizirlər (kişilər).
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair sənədlərin surəti (diplom, sertifikat, vəsiqə, arayış və s.);
- hərbi biletin yazılı səhvələrinin surəti;
- məhkumluğun olub-olmaması barədə arayış.
Son tarix:
30 dekabr 2024
Qeyd: Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və Vətən müharibəsi iştirakçılarının namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin