Milli Məclisin deputatları – parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanın Astana şəhərində səfərdədirlər.
Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.
Deputatlarımız Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Ən son xəbərləri səhifəmizdən də izləyin