Qobustan Milli Tarix-Bədii Qoruğu ilə Qazaxıstan Respublikasının Tanbalı Dövlət Tarix-Mədəniyyət və Təbiət Muzey-Qoruğu arasında imzalanmış "Qarşılıqlı Əməkdaşlıq Memorandumu" çərçivəsində "Qayaüstü təsvirlər-bəşəriyyətin ortaq irs abidələri kimi" mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Seminar, bəşəriyyətin ortaq mədəni irsinin tədqiqi və qorunması sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyib. Tədbirdə alimlər, tarixçilər və mütəxəssislər qayaüstü təsvirlərin qədim sivilizasiyaların mədəni və dini dünyagörüşünün tədqiqində əhəmiyyətindən danışaraq, bu abidələrin qlobal irs olaraq qorunmasının vacibliyini vurğulayıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin