Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Trying to access array offset on null in /home/innewsme/public_html/includes/newsid.php on line 154

Warning: Undefined variable $getLang in /home/innewsme/public_html/includes/newsid.php on line 13

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 122

Warning: Undefined variable $About1 in /home/innewsme/public_html/includes/newsid.php on line 127

Warning: Undefined variable $about in /home/innewsme/public_html/includes/newsid.php on line 194

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 60

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 24

Warning: Undefined variable $sayi in /home/innewsme/public_html/includes/newsid.php on line 300

Warning: Undefined variable $baxilib in /home/innewsme/public_html/includes/newsid.php on line 349

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 28

Warning: Undefined variable $about1 in /home/innewsme/public_html/includes/newsid.php on line 351

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92
Bolt elektrikli skuter icarəsi Bakıda öz xidmət şəbəkəsini 200-dən çox dayanacaq məntəqəsinə genişləndirir | innews.az
logo
Bolt elektrikli skuter icarəsi Bakıda öz xidmət şəbəkəsini 200-dən çox dayanacaq məntəqəsinə genişləndirir

Bolt elektrikli skuter icarəsi Bakıda öz xidmət şəbəkəsini 200-dən çox dayanacaq məntəqəsinə genişləndirir

Bolt elektrikli skuter icarəsi Bakıda öz xidmət şəbəkəsini 200-dən çox dayanacaq məntəqəsinə genişləndirir Bolt elektrikli skuter icarəsi Bakıda öz xidmət şəbəkəsini 200-dən çox dayanacaq məntəqəsinə genişləndirir

Bolt elektrikli skuterləri üçün dayanacaq xəritəsi genişləndirilib: artıq Bakının əsas yerlərində 200-dən çox xüsusi dayanacaq yeri mövcuddur.

Elektrikli skuterlər qısa məsafələrdə səyahət üçün böyük populyarlıq qazanıb. Şəhərlərdə tıxaclar  artdıqca, ortaq məkanların təşkili daha vacib hala gəlir. Yeni dayanacaq yerləri sayəsində Bolt skuteri istifadəçiləri səyahətdən sonra elektrikli skuterləri qoymaq üçün yerləri daha asan və tez tapa biləcəklər. Tətbiqdə icazə verilmiş dayanacaq zonalarını yoxlaya bilərsiniz. Qırmızı rəng skuteri saxlamaq və ya sürməyin qadağan edildiyi yerləri göstərir. Sarı ilə işarələnmiş zonalarda isə skuterlərin sürəti avtomatik olaraq 10 km/saatla məhdudlaşdırılır.

Məsuliyyətli parkinq öz növbəsində hər kəs üçün təhlükəsizliyi təmin edir, buna görə də Bolt öz tətbiqində tələblərə uyğun dayanacaq zonalarının xəritəsini hazırlayıb və tətbiq edib. Bu addım istifadəçilərin parkinq yeri axtarmaq üçün sərf etdiyi vaxta qənaət edəcək və səkilərin qarışıq hala düşmə ehtimalını minimuma endirəcək, şəhərin təhlükəsizliyini və asayişini təmin edəcək.

Bolt elektrikli skuter istifadəçilərinə əsas parkinq qaydalarına riayət etməyi tövsiyə edir:

- Təyin olunmuş dayanacaq yerlərindən istifadə edin.

-  Skuteri dik vəziyyətdə saxlamaq üçün dayaqdan istifadə edin ki, skuterlər aşmasın.

- Əgər səkidə aşmış skuter görsəniz, onu götürüb dik qoyun. Bu, digər insanların səkidə maneəsiz hərəkət etməsinə kömək edəcək.

Bolt-un missiyası daha təmiz və insanyönümlü şəhərlər yaratmaqdır və əsas parkinq qaydalarına riayət etməklə, istifadəçilər də daha yaxşı bir şəhər mühitinə töhfə verirlər. Bolt bütün elektrikli skuter istifadəçilərini məsuliyyətli parkinqə  edir ki, birlikdə şəhər hüzurunuvə küçələrimizin gözəlliyini qoruyaq.

Bolt şirkəti haqqında məlumat

Bolt – şəhərdə nəqliyyat vasitəsilə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi hədəfləyən multi-tətbiqdir. Bolt-un xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində (500-dən çox şəhərində) 150 milyon insanın istifadə edir. Multi-tətbiqdə gediş sifarişi, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin yemək və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda dünya üzrə 3,5 milyondan çox sürücü və kuryer şirkətlə əməkdaşlıq edir.

Hazırda Bolt şirkəti Azərbaycanın on üç şəhərində gediş sifarişi xidmətini həyata keçirir: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan, Lənkəran, Qəbələ, Şəmkir, Şəki, Şirvan, Evlax, Quba, Masallı.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin