Yunanıstanın Saloniki şəhərində Plaz Aretsusda meydanında 23-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) - ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib. Hər il 40-dan çox ölkənin mətbəxinin təmsil olunduğu festivala 2000-dən artıq ziyarətçi gəlir.
Festivalda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.
Tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən yunan uşaq evinə ianə edilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin