logo
Azərbaycan və İspaniyanın ikitərəfli münasibətlərin yaradılması

Azərbaycan və İspaniyanın ikitərəfli münasibətlərin yaradılması

Azərbaycan və İspaniyanın ikitərəfli münasibətlərin yaradılması Azərbaycan və İspaniyanın ikitərəfli münasibətlərin yaradılması

İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın İspaniyadakı Səfirliyi 2005-ci ildə açılmışdır.

2014-cü ildən etibarən İspaniya Krallığının Bakıda diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Hazırda nümayəndəliyin rəhbəri Patricia Serrano.

İspaniyanın Türkiyə Cümhuriyyətindəki Səfiri həmçinin Azərbaycanda akkreditə olunmuşdur.

 Azərbaycan Respublikası və İspaniya Krallığı arasında aşağıdakı sənədlər imzalanmışdır:

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Memorandum”. 2010-cu il 25 noyabr, Madrid.

“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş”. 2011-ci il 16 iyun, Madrid.

“Azərbaycan Diplomatik Akademiya ilə İspaniya Diplomatik Məktəbi arasında Anlaşma Memorandum”u, 28 mart 2012;

“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş”. 2012-ci il 28 noyabr, Madrid.

“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergilərdən yayınmanın qarşısının alınması haqqında Konvensiya” və onun Protokolu. Bakı, 24 aprel 2014-cü il.

(Qeyd: sənəd 23-24 aprel 2014-cü il tarixində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri X.M.Garciya-Marqallonun ölkəmizə səfəri zamanı imzalanmışdır). 

“Azərbaycan Dövlət İnformasiya Agentliyi və İspaniyanın Beynəlxalq İnformasiya Agentliyi arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı, 17 noyabr 2016-cı il

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı, 13 iyun 2019-cu il.

Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

15 fevral 2010-cu il tarixində İspaniyanın eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri J.Klos (iqamətgahı Ankara şəhərində) nazir E.Məmmədyarovla görüşmüş və etimadnaməsinin surətini təqdim etmişdir.

24-26 noyabr 2010-cu il tarixində AR gənclər və idman naziri A.Rəhimov İspaniyanın Ali İdman Şurasının prezidenti Xayme Lissavetski Diezin (Jaime Lissavetzky Diez) dəvəti ilə həmin ölkəyə səfər etmişdir. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman və bədən tərbiyəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

10-11 mart 2011-ci il tarixində İspaniyanın eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Kristobal Qonsales Ayyer Xurado (Cristobal Gonzales Aller Jurado) (iqamətgahı Ankara şəhərində) etimadnaməsini Prezident İ.Əliyevə təqdim etmiş, xarici işlər naziri E.Məmmədyarov və fövqəladə hallar naziri K.Heydərovla görüşmüşdür.

9-10 iyun 2011-ci il tarixində İspaniyanın Azərbaycandakı səfiri Kristobal Qonsales Aller Xurado Bakıya səfər etmişdir.

15-17 iyun 2011-ci il tarixində AR Xarici işlər naziri E.Məmmədyarov İspaniya Krallığına səfər etmişdir.

19-20 oktyabr 2011-ci il tarixində İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi A.Bonet Bakıya səfər etmişdir.

15-22 yanvar 2012-ci il tarixlərində AR Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun İspaniyaya səfəri baş tutmuşdur.

10 iyul 2012-ci il tarixində İspaniya Krallığının Xarici İşlər üzrə Dövlət Katibi G.B.Secades Azərbaycana səfər etmişdir.

20-24 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun səfəri baş tutmuşdur.

26-29 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov İspaniya Krallığına səfər etmişdir.

25 yanvar - 2 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin İspaniyaya və Andorraya səfəri baş tutdu.

20-21 may 2013-cü il tarixlərində İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfəri baş tutmuşdur.

25-27 noyabr 2013-cü il tarixlərində İspaniyanın sabiq Xarici İşlər Naziri Migel Anxel Moratinos , bu ölkənin Cenevrə və Moskvadakı sabiq Səfiri Xuan Antonio Març və “Fira Barcelona” şirkətinin Baş direktoru Ricard Zapatero iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması məqsədi ilə Bakıya səfər etmişdir.

6-9 fevral tarixində İspaniya Parlamentinin Azərbaycan ilə qeyri-formal dostluq qrupunun üzvlərindən ibarət bir qrup deputatın ölkəmizə işçi səfəri baş tutmuşdur. Qeyd edək ki, bu səfər 20 il ərzində İspaniya Parlamentində Azərbaycanın dostlarının ölkəmizə ilk ikitərəfli səfəri kimi yadda qalmış və iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətlərinin müzakirəsinə, həmçinin iki ölkənin Parlamentləri arasında işçi əlaqələrin gücləndirilməsinə təkan vermişdir.

22-24 aprel tarixində İspaniya Xarici İşlər və Əməkdaşlıq Naziri X.M.Garsiya-Marqayonun başçılığı ilə nümayəndə heyətinin ölkəmizə ilk rəsmi səfəri həyata keçirilmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə, Baş Nazir A.Rasi-zadə ilə, Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovla, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Naziri Ş.Mustafayevlə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayevlə və digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, həmçinin iki ölkənin biznes dairələrinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi üçün Biznes Forum təşkil edilmişdir.

3-7 sentyabr 2014-cü il tarixində AR Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov və Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən keçirilən III Ali Qrup toplantısında iştirak etmək məqsədilə Andorra Knyazlığına səfər etmişlər.

29-31 oktyabr 2014-cü il tarixində İspaniyanın sabiq Xarici İşlər və Əməkdaşlıq Naziri Migel Anxel Moratinosun (Migel Angel Moratinos) Bakıya səfəri təşkil edilmişdir.

29 oktyabr - 2 noyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Rəfail Hüseynov və Əli Hüseynli Madrid şəhərində səfərdə olmuşlar. Səfərin məqsədi AŞPA-nın Hüquq işləri və insan haqları komitəsinin Madriddə keçirilmiş iclasında iştirak etmək idi.

18-20 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti “EİBTM 2014” Beynəlxalq turizm sərgisində iştirak etmək üçün Barselona şəhərinə səfər etmişlər.

28 aprel 2015-ci il tarixində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Xarici Siyasət, çoxtərəfli, qlobal və təhlükəsizlik məsələləri üzrə Baş İdarənin rəisi Enrike Mora Benavente Bakıya rəsmi səfər etmişdir.

25-27 aprel 2016-cı il tarixlərində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqayo Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində bir sıra yerli və ispan şirkət nümayəndələrinin iştirakı ilə Biznes Forum keçirilmişdir.

24-26 may 2016-cı il tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İspaniya Krallığında rəsmi səfər etmişdir.

13-14 iyun 2016-cı il tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısında iştirak etmək məqsədilə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və AR Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov Andorra Knyazlığına səfər etmişlər.

8 sentyabr 2016-cı il tarixində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov etimadnaməsini İspaniya Kralı VI Felipeyə təqdim etmişdir.

04 noyabr 2016-cı il tarixində səfir Anar Məhərrəmov etimadnaməsini Andorra Knyazlığının həmşəhzadəsi Monsenyor Xuan Enrik Vives Sisiliaya təqdim etmişdir.

7-10 noyabr 2016-cı il tarixində İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlər müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digər din icmalarının başçıları İspaniya Krallığına rəsmi səfər etmişdirlər.

25-30 noyabr 2016-cı il tarixlərində 1936-1939-cu illərdə Kirovabadda – indiki Gəncədə təlim keçmiş ispan aviatorlarının ailə üzvlərindən ibarət nümayəndə heyətinin Bakı və Gəncə şəhərlərinə səfərləri təşkil edilmişdir.

17-19 yanvar 2017-ci il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının (ÜTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və BMT tərəfindən 2017-ci ilin “Beynəlxalq davamlı turizm ili” elan edilməsi ilə bağlı təşkil edilmiş tədbirlərdə iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

17 yanvar 2017-ci il tarixində səfir Anar Məhərrəmov BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim etmişdir.

29 yanvar-02 fevral 2017-ci il tarixlərində Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının Turizm etikası üzrə Konvensiyanın İşçi qrupunun ikinci iclasında və Dünya Turizm Etika Komitəsinin növbəti iclasında iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

03 mart 2017-ci il tarixində səfir Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşəhzadəsi cənab Fransua Ollanda təqdim etmişdir.

9-10 mart 2017-ci il tarixlərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Madrid şəhərinə səfər etmişdir.

10-13 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Sədrliyi ilə keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyasında iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

06 noyabr 2017-ci il tarixində İspaniyanın Madrid şəhərində keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı 2-ci beynəlxalq konfransda iştirak etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların Azərbaycandakı nümayəndələri İspaniya Krallığına rəsmi səfər etmişdirlər.

25-28 fevral 2018-ci il tarixlərində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti “GSMA” Dünya Mobil Konqresində iştirak etmək məqsədilə İspaniyanın Barselona şəhərinə səfər etmişdir.

23-27 yanvar 2019-cu il tarixlərində Madrid şəhərində keçirilmiş “FITUR” beynəlxalq turizm sərgisində ölkəmiz Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Səfirliyin dəstəyi ilə uğurla təmsil olunmuşdur. Sərgidə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir.

19-22 may 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti İspaniyada səfərdə olmuşdur. Səfər çərçivəsində İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilmiş, sədr Fuad Muradov İspaniya Krallığının ərazi siyasəti və ictimai idarəetmə nazirinin müavini, dövlət katibi Xose İqnasio Sançes Amor ilə görüşmüşdür.

3 iyun 2019-cu il tarixində Bakı şəhərində İspaniya-Azərbaycan XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi nazir müavinləri səviyyəsində keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə nazir müavini Ramiz Həsənov, İspaniya tərəfindən dövlət katibi - Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini vəzifəsini icra edən Fernando Martin Valensuela Marso (Fernando Martín Valenzuela Marzo) başçılıq etmişdilər. Səfər zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

2011-ci ildən İspaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İspaniya tərəfindən qrupun rəhbəri Xose Maria Çikilyodur (Partido Popular).

Müəllif: Qərbi Azərbaycan İcmasının üzvü, Azərbaycan Dillər Universitetinin məzunu Vüsal Hümbətzadə

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media