logo
Baş Prokurorluq Zəngilanda konfrans təşkil edib

Baş Prokurorluq Zəngilanda konfrans təşkil edib

Baş Prokurorluq Zəngilanda konfrans təşkil edib Baş Prokurorluq Zəngilanda konfrans təşkil edib

Əldə etdiyimiz məlumata görə, bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Konfransda Baş Prokuror Kamran Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso və digər şəxslər iştirak edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən məlumat təsdiq edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media