logo
Günay Məmmədzadədən ardıcıl üçüncü qələbə

Günay Məmmədzadədən ardıcıl üçüncü qələbə

Günay Məmmədzadədən ardıcıl üçüncü qələbə Günay Məmmədzadədən ardıcıl üçüncü qələbə

Çexiyanın paytaxtı Praqada keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında üçüncü turun görüşləri başa çatıb.

Azərbaycan şahmatçılarından Günay Məmmədzadə İnna Qaponenkonu (Ukrayna), Gülnar Məmmədova Yovana Eriki (Serbiya) məğlub edib. Xanım Balacayeva ukraynalı Maritsa Tsirulnik, Səbinə İbrahimova almaniyalı Luiza Başilina ilə görüşdən qalib ayrılıb.

Digər şahmatçılarımıza gəlincə Ülviyyə Fətəliyeva, Ləman Hacıyeva, Gövhər Beydullayeva üçüncü turda heç-heçə oynayıb.

Üç turdan sonra Günay Məmmədzadə maksimum nətic ilə ilk digər üç şahmatçyla birgə liderlər qrupunda yer alıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova hərəyə 2,5, Ləman Hacıyeva 2, Gövhər Beydullayeva, Səbinə İbrahimova və Xanım Balacayeva 1,5 xal toplayıb.

Avropa çempionatı avqustun 31-də yekunlaşacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media