“Financial Chain Corporation”ın rəhbər heyəti layihələrin idarə olunması sahəsində böyük təcrübəyə malik təlimçi Ceyhun Məmmədbəylinin beşgünlük təlimində iştirak edir.
Təlimin əsas məqsədi layihələrin idarə edilməsinin əsasları və onların həyata keçirilməsi yolları haqqında nəzəri və praktiki biliklərin inkişaf etdirilməsidir.
Beşgünlük təlim zamanı FCHAIN menecerləri layihənin uğurlu idarə edilməsinin sirləri, prosesin təfərrüatları və riskləri haqqında ətraflı məlumat əldə edəcək, həmçinin real idarəetmə ilə bağlı geniş fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, təlimdə “Financial Chain Corporation”ın İdarəedici Tərəfdaşı Zaur Qədirov və şirkətin Baş direktorunun müavini Valid Hüseynov da iştirak edərək, biznesin idarə olunması ilə bağlı fikirlərini bölüşüb və uğurlu biznesin əsasları ilə bağlı menecerlərin suallarına aydınlıq gətiriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin