https://innews.media/uploads/news/2024-09/_innews_cb06486d52dc1665a0f3d554a_o.jpg
Bakı Dövlət Universitetində (BDU) 15 sentyabr - Bilik Günü münasibətilə konsert proqramı təşkil olunub.
Konsert proqramında BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistlərinin və tələbələrin ifasında Müslüm Maqomayevin "Azərbaycan", Şəfiqə Axundovanın "Mehriban olaq", Yusif Balasaqunlunun "Qutadqu bilik', Emin Sabitoğlunun "Azərbaycan" musiqiləri səsləndirilib.
Mərkəzin qızlardan ibarət rəqs ansamblının ifasında milli rəqslər nümayiş olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin