Bugün, sentyabrın 16-da, Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günü qeyd edilir. Bakı şəhərinin 286 saylı tam orta məktəbində yeni tədris ilinin açılış mərasimi keçirilib.
Mərasimdə məktəbin direktoru Samir Mehdizadə, məktəb kollektivi və valideynlər iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Direktor Samir Mehdizadə çıxışında, yeni dərs ilində bütün məktəblilərə sağlamlıq, gümrahlıq və dərslərində müvəffəqiyyətlər arzulayıb.
Əllərində gül dəstələri ilə məktəbə gələn birincilər, tədbirin sonunda şeir və mahnı ifa edərək sinif otaqlarına keçərək ilk dərslərinə başlayıblar. Bu gün həmçinin, yeni tədris ilinin başlanğıcı ilə bağlı məktəblilər üçün xüsusi bir an yaşanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin