logo
Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün press - tur təşkil olunub

Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün press - tur təşkil olunub

Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün press - tur təşkil olunub Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün press - tur təşkil olunub

Sentyabrın 12-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün press - tur təşkil olunub. Press-turda iştirak edən müxtəlif media mənsubları  muzeyin yerləşdiyi memarlıq abidələrinin tarixi, burada nümayiş etdirilən milli və dünya incəsənətinin dəyərli nümunələrindən ibarət daimi ekspozisiyaları, eyni zamanda hazırda davam edən sərgilərlə yaxından tanış olublar.

Media nümayəndələri press-tura təsadüf edən “Şərq və Qərb. Şərq modasının Qərb mədəniyyətinə təsiri. Kəsişən yollar” adlı mühazirəyə də qatılaraq, burada nümayiş etdirilən geyim kolleksiyasını izləyiblər və muzeydən xoş təəssüratlarla ayrılıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media