Azərbaycan Milli QHT Forumun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasının üzvü, Qlobal İqlim məsələləri üzrə gənc fəal, “Sağlamlıq və Təhsil üzrə Birlikdə” Beynəlxalq Cəmiyyətinin rəhbəri cənab Qaiser Navab, 10 sentyabr tarixidə COP29-un Müəyyən edilmiş Prezidenti cənab Muxtar Babayevin iştirakı ilə keçirilən onlayn görüşdə iştirak etmişdir. Xarici xəbər portalları The Gulf Observer və The Europe Today cənab Qaiser Navabın onlayn görüş barədə fikirlərini dərc etmişdir.
Dərc edilmiş yazılarda göstərilir ki, virtual görüşdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayevlə yanaşı qlobal və xarici QHT rəhbərləri və nümayəndələri fəal iştirak edib. 60 ölkədən 260 QHT-ni təmsil edən COP29 QHT Koalisiyası tərəfindən təşkil edilən görüş Azərbaycanda, Bakıda keçiriləcək COP29 konfransında vətəndaş cəmiyyətinin roluna yönəldilib.
Görüşdə həmçinin COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu xanım Nigar Arpadarai və COP29 Azərbaycan üzrə Gənclər arasında İqlim Çempionu Leyla Həsənova da iştirak edərək, iqlim fəaliyyətində çoxsəviyyəli liderliyin əhəmiyyətini vurğulamışlar.
Nəwab Azərbaycanın dünya arenasında artan əhəmiyyətini vurğulayaraq demişdir ki,
“Azərbaycanın iqlim problemlərinin həllində genişlənən rolu bizi hədsiz qürurlandırır. Prezident İlham Əliyevin rəhbərliyi həqiqətən ruhlandırıcıdır və biz qlobal vətəndaşlar kimi Azərbaycanın uzaqgörən səylərinə dərin heyranıq”.
Yazıda Nawab həmçinin, COP29 QHT Koalisiyası komandasının və Azərbaycan Milli QHT Forumunun vətəndaş cəmiyyətinin, xüsusən də Qlobal Cənubda olan səslərin artırılmasında oynadığı mühüm rolu etiraf etmişdir.
Görüş zamanl açıq dialoq və və beynəlxalq vətəndaş cəmiyyəti arasında güclü əməkdaşlığa görə COP29-a sədrlik edən ölkə, Azərbaycanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Qaiser Nawab Pakistandan Azərbaycana ən xoş arzularını çatdıraraq iki xalq arasında dərin bağı bir daha vurğulayaraq qeyd etmişdir ki:
“Pakistan qardaş ölkəmizi qlobal miqyasda güclü görməkdən qürur duyur və Azərbaycanın müasir dövrün ən aktual problemlərindən birinin həllində liderlik etdiyi üçün biz ürəkdən dəstəyimizi bildiririk” deyib.
Ən son xəbərləri səhifəmizdən də izləyin