logo
FIG rəsmisi Azərbaycana gəlir

FIG rəsmisi Azərbaycana gəlir

FIG rəsmisi Azərbaycana gəlir FIG rəsmisi Azərbaycana gəlir

Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, belaruslu mütəxəssis Dmitri Polyaruş Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Qurum rəsmisi ölkəmizdə keçiriləcək “Milli mütəxəssislər üçün hakimlik və məşqçilik üzrə seminar”da bilik və bacarıqlarını bölüşəcək.

Seminar sentyabrın 16-20-si aralığında keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media