https://innews.media/uploads/news/2024-09/_innews_20793e0b657a6d90553b8ad81_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.
Bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.
Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.