logo
"Geely" kosmosu fəth edir!

"Geely" kosmosu fəth edir!

"Geely" kosmosu fəth edir! "Geely" kosmosu fəth edir!

Avtonom sürücülük və okean müşahidə texnologiyalarını sınamaq üçün şirkət orbitə 10 peyk daha buraxıb.

Çin, məşhur avtomobil istehsalçısı olan "Geely Holding Group" üçün istifadə ediləcək "Geely-03" rabitə peyklərini uğurla işə salıb.

Çin aerokosmik elm və texnologiya korporasiyasının (CASC) məlumatına görə, buraxılış sentyabrın 5-də saat 21:30-da Tayyuan kosmodromundan (Şimali Şansi əyaləti) CZ-6 ("Changzheng-6") raketi ilə baş tutub. Peyklər, Çin avtomobil istehsalçısı "Geely" brendinin avtonom sürücülük texnologiyaları və nəqliyyatlararası rabitə xidmətləri sistemini sınamaq üçün tətbiq ediləcək. Bundan əlavə, peyklər okeanları müşahidə etmək üçün də istifadə ediləcək.

Üçmərhələli ekoloji cəhətdən təmiz maye yanacaqlı yeni nəsil CZ-6 raketinin uzunluğu 29 m və diametri 2,6 m-dir. 1 tona qədər yükü aşağı yer orbitinə çıxara bilər. Bu onun artıq 12-ci buraxılışı idi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media