https://innews.media/uploads/news/2022-08/_innews_64c9197d21106038195f55bab_o.jpg
Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var. Bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.
O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Yanğının söndürülməsində Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".
Ən son xəbərləri səhifəmizdən də izləyin