Azərbaycan Respublikası Mediasiya Şurası ilə “Femida Könüllüləri” Təşkilatı arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.
innews.media xəbər verir ki, memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında mediasiyaya marağın artmasına nail olmaq üçün Mediasiya Şurası və “Femida Könüllüləri” Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.
Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin “STEP I” mərhələsi üzrə yerli mediasiya qurumlarında, “STEP II” mərhələsi üzrə isə Mediasiya Şurasının Aparatında könüllü fəaliyyətinin təşkili, bu sahənin müxtəlif istiqamətləri ilə yaxından tanış olmaq və təcrübə qazanmaq imkanları, tədbir, seminar, təlim və konfransların təşkilinə dəstək göstərilməsi nəzərdə tutulur.Eyni zamanda gənc hüquqşünaslar üçün mediasiya sahəsində könüllü fəaliyyət peşəkar şəbəkələrini genişləndirmək və gələcək karyeraları üçün vacib təcrübə əldə etmək baxımından əvəzolunmaz bir fürsətdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin