logo
Mediasiya Şurası peşəkar vəkil Anar Ramazanova təşəkkür etdi

Mediasiya Şurası peşəkar vəkil Anar Ramazanova təşəkkür etdi

Mediasiya Şurası peşəkar vəkil Anar Ramazanova təşəkkür etdi Mediasiya Şurası peşəkar vəkil Anar Ramazanova təşəkkür etdi

innews.media xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov peşəkar vəkil Anar Ramazanovun "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi və barışıq sazişlərinin imzalanmasında göstərdiyi xüsusi rolu barədə fikirlərini bölüşüb: 

"Müxtəlif mediasiya təşkilatlarımızın rəhbərlərinin qeyd etdiyinə görə peşəkar vəkil Vəkil Anar Ramazanov barışıq sazişlərinin imzalanmasında və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiqi sahəsində tərəflərin mübahisələrinin barışıq sazişləri ilə həll olunmasında xüsusi rolu ilə seçilən vəkillərdəndir.

Eyni zamanda Vəkil Anar Ramazanov mediasiyanın təşviq edilməsi sahəsində də xidmətləri və əməyi böyükdür. Anar Ramazanovla yanaşı bu gün 10-larla vəkil mediatorlarımızla barışıq sazişlərinin keyfiyyətli məzmununun hazırlanması sahəsində birgə əməkdaşlıq edir.

Bunu görmək qürurvericidir. Biz heç zaman heç kəsin əməyini unutmadıq.

Qanun mediatora hüquq xidmətini, mediatora müraciət edən tərəfə hüquq xidmətini göstərməyi qadağan edir. Yəni mediator mediasiya işi apardığı iş üzrə vətəndaşa hüquqi məsləhət və hüquqi xidmət verə bilməz. Bu sahədə isə əlbəttə ki, köməyə peşəkar vəkillər gəlir. Onlar tərəfin barışıq sazişinin keyfiyyətli hüquqi məzmunda hazırlanmasında mediatorla birgə iştirak edir. Mediasiya Şurası adından mediatorlar və mediaisya təşkilatlarımızla barışıq sazişlərinin imzalanmasında xüsusi rolu olan hər bir peşəkar vəkilə dərin təşəkkürlərimi bildirirəm.

Zaman - zaman fəaliyyətimizə dəstək göstərən vəkillərimizin adlarını qeyd edəcəm. Eyni zamanda ictimai olaraq bildirmək istərdim ki, mediasiya təşkilatları rəhbərlərimizə də fikir bildirilib, barışıq sazişlərində xüsusi rolu olan vəkillərin Mediasiya Şurası tərəfindən nəzakət əlaməti olaraq xüsusi diplomlarla təltif edilməsi ilə bağlı Şura qarşısında məsələ qaldırsınlar.

Keyfiyyətli barışıq sazişlərinin məzmunu üzrə fəaliyyətimizə dəstək verən hər bir vəkilə dərin təşəkkürlərimi bildirirəm. Sizlər təkcə barışıq sazişləri üzrə nəticələr əldə etmirsiz, sizlər həm də “Mediasiya haqında" Azərbayacan Respuublikasının Qanununun vətəndaş məmnunluğu və ictimai maraqlar naminə tətbiqində çox böyük rol oynayırsınız. Hər bir keyfiyyətli barışıq sazişi istər mediatorlar, istər tərəflər, istərsə də məhkəmələr üçün çox önəmlidir.

Vəkil Anar Ramazanov, xahiş edirəm, sizə ictimai olaraq ünvanladığım təşəkkürümü səmimi qəbul edəsiniz".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media