https://innews.media/uploads/news/2024-08/_innews_b1f91f97b0d6cd5c841ffe297_o.jpg
Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Ağdam təmsilçisi Zaqrebdə 0:3 hesabı ilə uduzduğu Xorvatiya çempionu "Dinamo"nu qəbul edib. "Qarabağ" bu böyük fərqi aradan qaldırmaqla azarkeşlərini sevindirməyə çalışsa da, səyləri nəticəsiz qalıb. 0:2 hesabı ilə uduzan çempionumuz Avropa Liqasında Liqa mərhələsində çıxış edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkü avqustun 29-da, Avropa Liqasında isə ertəsi gün atılacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin