https://innews.media/uploads/news/2024-08/_innews_f16d9df302627a0e38a87b7d9_o.jpg
Minifutbol üzrə Çempionlar Liqasında iştirak edəcək təmsilçilərimizin rəqibləri müəyyənləşib.
Ölkə çempionu “Birbaşa Bakı” E qrupunda “Brno”(Çexiya), “Livorno” (İtaliya), “Malaqa” (İspaniya) komandaları ilə görüşəcək. Ölkə çempionatının gümüş mükafatçısı “AzNur” isə C qrupunda “Andezit” (Ukrayna), “Qalport”(Polşa) və “Les Piopio” (Fransa) kollektivləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının oyunları sentyabrın 5-də Polşanın Varşava şəhərində start götürəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin