logo
BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək

Sentyabrın 9-da Bakı Dövlət Universitetində (BDU) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc proqramçılar” müsabiqəsi keçiriləcək. Üçüncü ildir keçirilən müsabiqənin əsas məqsədi gənclərin texnoloji sahəyə marağının artırılması və proqramlaşdırma təcrübələrinin qarşılaşdırılması yolu ilə sağlam rəqabətlilik mühitinin formalaşdırılmasıdır.

Beş mərhələdən ibarət müsabiqənin şərtləri aşağıdakılardır:

- Müsabiqədə iştirak etmək üçün komanda rəhbəri ilə birgə 5 nəfər olmaqla qeydiyyatdan keçilməlidir;

- İştirakçılar şəxsi notbuk ilə gəlməlidirlər (ən az 2 üzv). Əks halda da müsabiqədə iştirak etmək mümkündür, amma iştirakçılar uyğun 2 mərhələdə bal qazana bilməyəcəklər;

- Komanda üzvləri yalnız məktəbli, subbakalavr və ya bakalavrlardan ibarət ola bilərlər.

Qeyd:

- İştirakçı sayı məhduddur.

- Komanda şəklində qeydiyyatdan keçməyənlər digər fərdi iştirakçılar ilə komanda yarada bilərlər.

Son qeydiyyat tarixi: 07.09.2024

Qeydiyyat linki: https://forms.gle/nyg8oy2TXycB4Dey7

Sualınız yaranarsa: https://linktr.ee/genc_proqramchilar

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media