https://innews.media/uploads/news/2024-08/_innews_0f85d6ce80e0d570f29cdbe06_o.jpg
2024/2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq qəbul olan 5608 nəfərdən 539-u 600-dən çox, 1147-si 500-600 arası bal toplayıb. Xatırladaq ki, yuxarı bal ilə BDU-ya qəbul olunanların sayı ötən ilə nisbətən artıb. Ötən il BDU-ya qəbul olanların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplamışdı.
Ən yüksək nəticəni isə 684.1 balla “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olan Sevil Gülməliyeva göstərib.
Ən son xəbərləri səhifəmizdən də izləyin