logo
Azərbaycan Hökumətinin BMT-də dövri məruzəsinin təqdimatı keçirilib

Azərbaycan Hökumətinin BMT-də dövri məruzəsinin təqdimatı keçirilib

Azərbaycan Hökumətinin BMT-də dövri məruzəsinin təqdimatı keçirilib Azərbaycan Hökumətinin BMT-də dövri məruzəsinin təqdimatı keçirilib

15-16 avqust 2022-ci il tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi A. Cəfərli Mədəniyyət Nazirliyinin nümayəndəsi qismində iştirak edib.

Nümayəndə heyətinin rəhbəri Elnur Məmmədovun təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb.

Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin