https://innews.media/uploads/news/2024-08/_innews_64d2045a224d9025138992070_o.jpg
Diqqətinizə incə metallik korpus, stilus dəstəyi və balanslaşdırılmış xüsusiyyətlərə malik “Huawei MatePad SE 11” büdcəli planşetinin icmalını təqdim edirik.
Quruluş və tələblərə uyğunluq
Planşet müasir və eyni zamanda ciddi bir üslubda hazırlanıb. Qadcet boz rəngdədir. Arxa hissəsində 8 meqapiksellik əsas kamera, həmçinin ortada brend loqosu yer alır. Video zənglər və selfilər üçün nəzərdə tutulmuş ön kamera aydın və ətraflı təsvirləri təmin edən 5MP ölçüyə malikdir. Metallik korpusa görə, model möhkəm görünür. Planşetin qalınlığı cəmi 6,9 millimetrdir. Kənarları hamardır və əlinizdə tutmaq rahatdır.
Korpusun özü bütövdür və yüksəkkeyfiyyətli alüminiumdan hazırlanıb. Anodik oksidləşmə səbəbindən korpusun səthində praktiki olaraq heç bir iz qalmır. Üst kənarında səs səviyyəsini tənzimləyən düymə, sağda isə dinamiklər və “Type-C” portu var.
Quruluşun bütün hissələri bir-birinə sıx bağlıdır və boşluqlar yoxdur, bu da cihazın istənməyən hərəkətlər və ya cingiltilər olmadan işləməsinə imkan verir. Bu, yüksək keyfiyyətli qurulmanın əlamətidir.

Ekran və görüntü keyfiyyəti
Planşetin ekranı böyükdür (11 düym), çərçivələr isə kifayət qədər nazikdir – ekranın korpusa nisbəti 85 faiz təşkil edir.
“IPS matrisi” FHD+ (1920 x 1200 piksel) təsvir ölçüsünə, 207 ppi piksel sıxlığına malikdir. Bu da layiqli görüntü keyfiyyəti, aydınlıq, dolğun, lakin təhrifsiz və göy rəngin həddindən çox olmadan təbii rəng ötürülməsini təmin edir ki, bu da onu digər ucuz modellərdən fərqləndirir.
Ümumilikdə 400 nit parlaqlıq planşetinizi çöldə günəş işığı altında istifadə etmək üçün kifayətdir. Yeniləmə dərəcəsi 60 Hz təşkil edir.
Model “TÜV Rheinland” sertifikasiyasından keçib. Bu model sahibinin gözlərini qorumaq üçün ətrafdakı şərtlərə əsasən adaptiv parlaqlıq dəyişikliyini dəstəkləyir, mavi şüanı və titrək işıq verməni minimuma endirir. Planşet ekranı ağ-qara etmək və kontrastı azaltmaqla oxumağı asanlaşdıran "Elektron-kitab" rejimi təklif edir.
Məhsuldarlıq
“Matepad SE 11" məhsuldarlığı bilinən tətbiqləri işə salmaq üçün kifayətdir: kitab oxuma, yutub, musiqi xidmətləri və digər proqramlar. Planşet donmur, olduqca sürətli və qızmadan işləyir. Seçmək üçün iki həcimdə operativ yaddaş var – 4 və 8GB. Əgər model yaradıcılıq üçün lazımdırsa, onda maksimal variantı seçməyə dəyər. Gündəlik istifadə üçün isə (video və sosial şəbəkə) 4GB kifayətdir.
Kamera və fotoşəkillər
8 MP ölçülü əsas obyektiv yaxşı işıqlandırmada məqbul şəkillər verir və 5 MP ölçülü ön kamera video zənglər və konfranslar üçün uyğundur.

İnterfeys
Planşet sürətlə inkişaf edən “Harmony OS 2.0” əməliyyat sistemi əsasında işləyir. “MatePad SE 11”in məhz ona xas olan xüsusiyyətləri arasında ekran məzmununu ikinci bir monitorda yayımlamaq, eyni anda bir neçə tətbiq açmağa və eyni zamanda işləməyə imkan verən “Multi-Pəncərə”, həmçinin uşaqların planşetdən istifadə etdiyi zaman uyğun vaxt müddətinin quraşdırılması, icazə verilən tətbiqlərin siyahısı və valideynlərin təyin edə biləcəyi digər parametrləri özündə birləşdirən “Uşaq guşəsi” rejimidir.
Digər “Huawei” cihazları kimi, “AppGallery” markalı tətbiq mağazası da burada quraşdırılıb.
Modelin üstünlüklərindən biri də “Huawei Histen 9.0” markalı texnologiyasından istifadə edərək quraşdırılmış 4 daxili dinamiklərdir. Onlar dolğun səsi təmin edirlər, audiokitabları rahatlıqla dinləyə, film izləyə və ya musiqi yaratmaq üçün tətbiqlərdən istifadə edə bilərlər.
Planşet stilusu dəstəklədiyi üçün ümumilikdə yaradıcılıq üçün çox uyğundur. Bu model üçün xüsusi olaraq hazırlanmış “Huawei M-Pen Lite” mat metallik örtüklə təchiz olunub və planşet ilə istifadə edildikdə əmrlərə dərhal cavab verir. İstəyə görə, “Huawei m-Pen Lite” qələmi əlavə olaraq almaq olar.

Şəbəkədənkənar işləmə rejimi
Model kifayət qədər tutumlu olan 7700 mA*s batareya ilə təchiz edilib, həmçinin 22,5 Vt gücündə sürətli şarj doldurma dəstəyi əlavə edilib. Planşet kifayət qədər intensiv yükləmədə bütün gün təkrar şarj edilmədən rahatlıqla işinə davam edə bilər. Eyni zamanda, 0 faizdən 100 faizə qədər şarj etmək üçün iki saat kifayətdir.
Yekun
“Huawei MatePad SE 11” möhkəm metallik korpusu, premium görünüşü və yaxşı ekranı olan balanslaşdırılmış büdcə planşetidir. Stilus dəstəyi özünü rəsm və ya digər yaradıcılıq növlərində sınamaq istəyən, lakin hələ də peşəkar avadanlıqlara hazır olmayan yeni başlayanlar üçün ideal seçim edir. Model evdə filmləri rahat izləmək və ya iş yerində sənədləri redaktə etmək üçün uyğundur.