https://innews.media/uploads/news/2024-08/_innews_a3049887df57f0a9dad2aa2a1_o.jpg
innews.media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb. Test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd bu mərhələdə iştirak edib.