logo
Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media