logo
Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar

Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar

Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar Stolüstü tennisçilər beynəlxalq toplanışa qatılıblar

Stolüstü tennisçilər Xədicə Babazade və Vaqif  Babayev məşqçi Gülnarə İbrahimovanın rəhbərliyi ilə Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Latviyanın paytaxtı Riqada təşkil olunan toplanışa qitənin istedadlı yeniyetmə stolüstü tennisçiləri dəvət alıblar. “Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyır. İdmançılar avqustun 3-də başlanıb, 10-dək davam edəcək toplanışın sonunda keçirilən turnirdə də bacarıqlarını göstərəcəklər. Fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media