logo
ADPU-nun iki əməkdaşı fəaliyyətlərinə Qarabağ Universitetində davam edəcəklər

ADPU-nun iki əməkdaşı fəaliyyətlərinə Qarabağ Universitetində davam edəcəklər

ADPU-nun iki əməkdaşı fəaliyyətlərinə Qarabağ Universitetində davam edəcəklər ADPU-nun iki əməkdaşı fəaliyyətlərinə Qarabağ Universitetində davam edəcəklər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) iki əməkdaşı fəaliyyətlərini Qarabağ Universitetində (QU) davam etdirəcəklər.

Belə ki, Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Cavid Hüseynov Qarabağ Universitetinin rektorluğunun əməkdaşı təyin olunub.

Eyni zamanda, Cavid Hüseynovla yanaşı ADPU-nun Strateji İnkişaf Mərkəzinin (SİM) mütəxəssisi Ceyla Səmədzadə də Qarabağ Universitetinin Tədris şöbəsinin əməkdaşı təyin olunub.

Qeyd edək ki, hər iki əməkdaş həm də Pedaqoji Universitetin bakalavriat və magistratura səviyyələrinin məzunlarıdırlar.

Onlara yeni vəzifələrində uğurlar arzulayırıq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media