logo
ADPU tələbələri Azərbaycan filmlərini müzakirə edib: 5 kinonun sirri

ADPU tələbələri Azərbaycan filmlərini müzakirə edib: 5 kinonun sirri

ADPU tələbələri Azərbaycan filmlərini müzakirə edib: 5 kinonun sirri ADPU tələbələri Azərbaycan filmlərini müzakirə edib: 5 kinonun sirri

Avqustun 2-də ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkikatçılığı ilə 2 avqust – Azərbaycan Kinosi Günü münasibəti ilə “5 kinonun sirri” adlı onlayn görüş keçirilib.

Çıxış edən ADPU TKTB-nin sədri Səidə Abulova milli filmlərimizin Azərbaycan mədəniyyətinin önəmli inciləri olduğunu, ümumiyyətlə kino sənətinin milli mədəniyyətin inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Azərbaycan filmləri haqqında məlumatlandırıcı təqdimatdan sonra seçilən  beş filmdən - "Bəyin oğurlanması", "Bizim Cəbiş müəllim", "Uzaq sahillərdə", "Sehirli xalat" və "Bir qalanın sirri" filmlərindən səhnələr nümayiş etdirilərək iştrakçılar tərəfindən səhnənin hansı filmə aid olduğu müəyyənləşdirilib. Daha sonra həmin filmlər haqqında müzakirələr aparılıb.

Görüş tələbələr tərəfindən maraqla qarşılanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media