logo
Fahrettin Altun: Türkiyə bütün beynəlxalq münaqişələrdə açıq dialoq kanallarını saxlamağa qərarlıdır

Fahrettin Altun: Türkiyə bütün beynəlxalq münaqişələrdə açıq dialoq kanallarını saxlamağa qərarlıdır

Fahrettin Altun: Türkiyə bütün beynəlxalq münaqişələrdə açıq dialoq kanallarını saxlamağa qərarlıdır Fahrettin Altun: Türkiyə bütün beynəlxalq münaqişələrdə açıq dialoq kanallarını saxlamağa qərarlıdır

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə beynəlxalq aləmdə sülh və sabitliyə töhfə verməkdə davam edir.

innews.media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi barədə mətbuata açıqlamasında bildirilib.

Türkiyənin bununla fərqli ölkələrlə müxtəlif forma və səviyyələrdəki münasibətləri diplomatik yollarla inkişaf etdirə bilən təsirli güc olduğunu bir daha sübuta yetirdiyinin vurğulandığı açıqlamada, həmçinin deyilir: “Ölkəmiz diplomatik imkanlarını müxtəlif aktorlarla səmərəli əməkdaşlıq yolu ilə sülh və sabitliyə xidmətdə istifadə edir. Dünən 7 fərqli ölkədən 26 nəfərin dəyişdirilməsi ilə son dövrlərin ən geniş məhbus mübadiləsi əməliyyatını reallaşdıran Türkiyənin bu çox həssas danışıqların idarə olunmasında göstərdiyi ciddilik bölgədəki bütün problemlərin həlli üçün nümunədir. Türkiyə kəşfiyyatı qlobal miqyasda rəqabətli və qarşılıqlı düşmən münasibəti bəsləyən qüvvələr arasında əlaqə tələb edən bu tarixi əməliyyat üçün dialoq və vasitəçilik kanalları yaratdı. Bununla ölkəmiz müxtəlif tərəflərlə iş aparan etibarlı tərəfdaş olduğunu bir daha göstərdi”.

Açıqlamada, eyni zamanda, qeyd olunub ki, Türkiyə bütün beynəlxalq münaqişələrdə açıq dialoq kanallarını saxlamağa qərarlıdır, həmçinin bütün tərəflərin iştirakını və vasitəçilik fəaliyyətinin həyata keçirilməsini asanlaşdıracaq platformalar yaratmağa davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media