logo
Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb

Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb

Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə adlayıb

Almaniyanın Münhen şəhərində idman gimnastikası üzrə Avropa çempionatına start verilib. Çempionatda əvvəlcə qadın gimnastlar mübarizəyə qoşulublar. Azərbaycanı bu yarışda Nazənin Teymurova, Duyğu Əlizadə, Milana Minakovskaya, Samirə Qəhrəmanova təmsil edib.

Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadla bildirir ki, idmançılarımızdan ən yaxşı nəticəni Nazənin Teymurova göstərib. Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.

Nazənin bununla, həmçinin adıçəkilən idman növü üzrə Avropa çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb. Final mərhələsinin yekununa əsasən, idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.

Qeyd edək ki, böyüklərdən ibarət yığma komandamızın üzvləri Milana Minakovskaya və Samirə Qəhrəmanova avqustun 17-18-də V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media