https://innews.media/uploads/news/2024-08/_innews_0897cb3fda7eba3e7a9a72d1f_o.jpg
Bu gün Avtomobil Dillerləri Assosiasiyasının (AADA) təşkilatçılığı ilə elektrikli avtomobillərin yarışı keçirilib. Avtosfer.az xəbər verir ki, yarışın əsas məqsədi bu maşınların uzaq məsafə qət etmə qabiliyyətini ölçmək olub. Bakıdan start götürən və Nabranda başa çatan yarışda müxtəlif modellərdən 11 avtomobil iştirak edib. Demək olar ki, əksər modellər 50 faiz enerji ilə yolu tamamlayıb.
AADA sədri Natiq Zərbəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əsas məqsəd bu növ avtomobillərə marağın artırılmasıdır. Bu iş ölkəmizdə COP29 tədbiri keçiriləcək. Məhz elektrikli avtomobillər də ekoloji tarazlığın qorunmasında müstəsna rol oynayır. Natiq Zərbəliyev onu da əlavə edib ki, insanlar çox vaxt düşünür ki, elektrikli avtomobillər ilə uzaq məsafə qət edən zaman yolda qala bilərlər. Bu tədbir bir daha sübut etdi ki, əslində bu fikir yanlışdır.
Tədbirin sonunda daha az enerji sərf edən avtomobillərin sürücülərinə sertifikatlar və hədiyyələr təqdim edilib. Tədbir iştirakçıları üçün şam yeməyi verilib.
Yarışda iştirak edən avtomobillərin sonunda qalan enerji səviyyələri aşağıdakı kimi olub:
SKYWELL - 51%
BYD - 60%
Tesla - 48%
Forting - 61%
Hyundai - 45%
Kia - 61%
Volkswagen - 60%
Leepmotor - 61%
Neta - 45%
Zeekr - 56%
MG - 58%
Yarış, elektrikli avtomobillərin uzaq məsafələrdə belə etibarlı olduğunu göstərərək, ekoloji nəqliyyat vasitələrinə olan marağı artırmağı hədəfləyib.