https://innews.media/uploads/news/2024-08/_innews_061926639b974b2de075714de_o.jpg
25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz edilmiş 22 elmi-tədqiqat laboratoriyası, 20 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.
Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, “You Will Speak” Dil Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.
BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Vürçburq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Çin Xalq Respublikasının Anhui Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.
Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2024/2025-ci tədris ili üzrə Ekologiya mühəndisliyi ixtisası açılıb. İxtisas Ekologiya və torpaqşünaslıq fakültəsində tədris olunacaq.
Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!
BDU-da 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:
Geologiya fakültəsi
Coğrafiya fakültəsi
Ekologiya və torpaqşünaslıq fakültəsi
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Mexanika-riyaziyyat fakültəsi
Fizika fakültəsi
Kimya fakültəsi
Biologiya fakültəsi
Hüquq fakültəsi
Jurnalistika fakültəsi
Filologiya fakültəsi
Sosial elmlər və psixologiya fakültəsi
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Tarix fakültəsi
İnformasiya və sənəd menecmenti fakültəsi
Şərqşünaslıq fakültəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin