logo
Ombudsman Səbinə Əliyeva Özbəkistan nümayəndə heyəti ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva Özbəkistan nümayəndə heyəti ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva Özbəkistan nümayəndə heyəti ilə görüş keçirib Ombudsman Səbinə Əliyeva Özbəkistan nümayəndə heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin direktorunun birinci müavini Mirzatillo Tillabayev və Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru Murodjon Turqunov ilə görüş keçirib.

Görüş zamanı Müvəkkil Azərbaycan və Özbəkistanın sıx dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu bildirərək, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin inşa edildiyini minnətdarlıq hissi ilə xatırladıb.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Ombudsman beynəlxalq qurumlarla əməkdaşlığa əhəmiyyət verildiyini bildirib, beynəlxalq təşkilatlarla, eləcə də xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əlaqələrin mövcud olduğunu qeyd edib.

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışıb, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini bildirib.

Ombudsman, eyni zamanda, Milli Preventiv Mexanizm fəaliyyətindən bəhs edərək, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını qeyd edib.

Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdıran S.Əliyeva tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini qeyd edib.

 Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun da keçiriləcəyini söyləyib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media