logo
BDU rektoru “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb

BDU rektoru “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb

BDU rektoru “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb BDU rektoru “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş məzunları ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin nəzdində “Gənc istedadlar” liseyinin qızıl və gümüş nişana layiq görülmüş builki məzunları ilə görüşüb.

Rektor təhsildə qazandıqları uğurlara görə məzunları təbrik edib, bunun gələcək nailiyyətlərin başlanğıcı olduğunu vurğulayıb. Rektor Elçin Babayev liseydə yaradılmış tədris şəraitinin qənaətbəxş olduğunu, lisey şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında, respublika və dünya olimpiadalarında önəmli nəticələr qazandıqlarını bildirib.

Sonra rektor məzunlara qızıl və gümüş nişanları, xüsusi nümunəli və fərqlənmə attestatlarını təqdim edib.

Qeyd edək ki, bu il liseyin 6 məzunu qızıl və gümüş nişana  layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media