logo
Qəbələdə tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramı təşkil edilib

Qəbələdə tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramı təşkil edilib

Qəbələdə tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramı təşkil edilib Qəbələdə tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda Yay Təlim Proqramı təşkil edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə Yay Təlim Proqramı təşkil edilib. Beşgünlük proqramda ali təhsil müəssisələrinin jurnalistika, media və kommunikasiya ixtisası üzrə təhsil alan tələbələri iştirak edirlər.

İyulun 29-da başlanan və avqustun 2-dək davam edəcək təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşları açılış nitqi ilə çıxış edərək, proqramın məqsədi və gündəliyi, eləcə də media nümayəndələri ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat veriblər.

Təlimin ikinci günündə Azərbaycan Mətbuat Şurasının üzvü, media üzrə ekspert Müşfiq Ələsgərli ailə, qadın və uşaq məsələləri üzrə mövcud trendlər və mövzuların təsnifatlaşdırılması, media platformaları arasında fərqlər, etik davranış kodeksində ailə, qadın və uşaq problemləri mövzusunun işıqlandırılması üzrə prinsiplər, informasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər, uşaqlardan müsahibə götürməyin on əsas şərti, məişət zorakılığı barədə məlumat hazırlamağın düzgün qaydaları və digər mühüm məlumatları diqqətə çatdırıb.

Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə “Uşaq hüquqlarının müdafiəsi: milli və beynəlxalq standartlar” mövzusunda təqdimatla çıxış edərək, uşaq hüquqlarının pozulması halları ilə mübarizə, uşaqların müdafiəsi istiqamətində mövcud hüquqi sənədlər, media nümayəndələrinin öhdəlikləri, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verib.

Təlim qrup tapşırıqları və interaktiv müzakirələrlə davam edib.

Günün yekununda tələbələr üçün Qəbələ Dövlət Tarixi-Bədii Qoruğuna, eləcə də Qəbələ Arxeoloji Mərkəzinə infotur təşkil edilib.

Qoruğun direktoru Zahir Kərimov məlumat verib ki, tələbələrə Qəbələ Arxeoloji Mərkəzinin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 2005-ci ildən etibarən SEBA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar aparılır.

Arxeoloji Mərkəzlə tanışlıq zamanı bildirilib ki, respublikamızda yeganə olan bu mərkəzdə iki sərgi salonu (muzey), bərpa laboratoriyası, akt və konfrans zalları, kitabxana, arxeoloji fond mövcuddur. Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövri olaraq aparılan arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzdəki müasir laboratoriyada ətraflı tədqiq edilir, daha sonra sərgi salonlarında turistlər üçün sərgilənir. İndiyədək mərkəzdə beynəlxalq seminarlar, konfranslar, həmçinin elmi işlərin araşdırılması istiqamətində bir çox tədbirlər keçirilib.

Tələbələr daha sonra Qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələrinə baxıblar. Onlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb. Daha sonra Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına “Cotari” Alban-Udi kilsəsi ziyarət edilib.

Qeyd edək ki, Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media