logo
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Komissiyasının iclası keçirilib.

Komitədən innews.media bildiriblər ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün iyunun 27-dən iyulun 6-dək baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.

Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.

Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media