logo
Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

İyulun 29-na (saat 09:00) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat sistemi (www.bq.edu.az) vasitəsilə 5 054  valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 5 414 uşağın məlumatı isə valideynlər tərəfindən şəxsi kabinetə əlavə edilib.

Qeyd edək ki, iyulun 16-dan etibarən uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin