logo
Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb Qadın güləşçimiz Jalə Əliyeva V İslamiadada qızıl medal qazanıb

Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) V İslamiadada qızıl medal qazanıb.

Təmsilçimiz həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşıb. Rəqibini 14:6 hesabı ilə üstələyən J.Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

azertag.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin