logo
“Mənim hüquqlarım” təşviqat avtobusu Qubada

“Mənim hüquqlarım” təşviqat avtobusu Qubada

“Mənim hüquqlarım” təşviqat avtobusu Qubada “Mənim hüquqlarım” təşviqat avtobusu Qubada

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Quba rayonuna təşkil olunub.

10-12 iyul 2024-cü il tarixlərində Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qımılqazma, Rustov, Püstəqasım, Təngəaltı və Birinci Nügədi kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları” və “Nitq mədəniyyəti, natiqlik sənəti” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Əsmər İsmayılova, baş katibi Ramiq Cəbiyev, üzv Rüfət Məmmədov, həmçinin Uşaq Səfirlər Məclisinin üzvü Məryəm Hacıyeva tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb.

Təlimlərin sonunda uşaqlara hüquqlarla bağlı maarifləndirici çap materialları və müxtəlif mövzularda yapışqanlı stikerlər paylanılıb, həmçinin bədii kitablar hədiyyə olunub.

Qeyd edək ki, növbəti səfərlər Ağdam və Qax rayonlarına olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media