logo
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.

Yarışda yığmamız B qrupundakı sonuncu oyununda Mərakeş komandası ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb (2:2).

Komandamızın qollarını 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqib komandadan isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqləniblər.

Bu nəticədən sonra millimiz qrupda ikinci yeri tutaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyunu avqustun 14-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Komandamızın rəqibi A qrupunda 3-cü turun qarşılaşmaları başa çatdıqdan sonra müəyyənləşəcək.

azertag.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media