https://innews.media/uploads/news/2022-08/_innews_916edfdff242411c46b489e6e_o.jpg
Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
İdmançı üçtəkanla tullanmada 14,12 metr nəticə ilə 3-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi.