logo
Zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

Zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

Zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb Zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb

İyulun 10-da Sumqayıtda yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan innews.media verilən məlumata görə, ilkin araşdırma zamanı müəssisənin 53 əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyənləşib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media