https://innews.media/uploads/news/2024-07/_innews_83f06281935ad366327224ea6_o.jpg
“Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) “Web of Science” bazasında indekslənən “Applied and Computational Mathematics” jurnalının impakt faktoru 4.6, 5 illik orta impakt faktoru 3.0-dır.
Jurnal dünyada “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə Agentliyin JIF Rank siyahısında 331 beynəlxalq jurnal arasında 2-ci yerdə qərarlaşıb. Jurnal Avropa və MDB ölkələrində dərc olunan jurnalların JIF Rank siyahısında öz liderliyini qoruyur.
Qeyd edək ki, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnal 2008-ci ildə “Science Citation Index Expanded” siyahısına daxil edilib.
Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən tanınmış alimlər daxildir.
Jurnalın indiyədək nəşr olunmuş 62 nömrəsində dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc olunub. İldə dörd nömrəsi işıq üzü görən jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının aktual problemləri üzrə əldə olunmuş ən son elmi nəticələr dərc olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin