logo
Artıq Bolt ilə Şamaxı şəhərində səyahət sifariş edə bilərsiniz

Artıq Bolt ilə Şamaxı şəhərində səyahət sifariş edə bilərsiniz

Artıq Bolt ilə Şamaxı şəhərində səyahət sifariş edə bilərsiniz Artıq Bolt ilə Şamaxı şəhərində səyahət sifariş edə bilərsiniz

Aparıcı nəqliyyat platforması olan Bolt Azərbaycanın daha bir şəhərində - Şamaxıda səyahət sifariş xidmətinin istifadəyə verildiyini elan edir.

Şamaxı öz tarixi ilə tanınan və ən məşhur turizm mərkəzlərindən biri olan qədim Azərbaycan şəhəridir. Mənzərəli təbiət, mülayim iqlim, unikal tarixi abidələr - bütün bunlar çoxlu sayda turisti cəlb edir. Şəhərin bütün gözəlliklərindən daha çox insanın zövq ala bilməsi üçün Bolt sürətli və rahat səyahət üçün səfər sifariş xidmətini istifadəyə verir.

Əməliyyatlar üzrə Menecer İsa Rəhimli deyir: “Azərbaycanın şəhərləri üçün rahat nəqliyyat həlləri son dərəcə vacibdir, xüsusilə hər il daha çox turist qəbul etdiyimiz zaman. Bolt xidmətinin təqdim etdiyi bu rahat və etibarlı nəqliyyat imkanları qonaqların və sakinlərin təəssüratını daha çox yaxşılaşdırır. Bolt Azərbaycanda və dünyada öz coğrafiyasını genişləndirdikcə, yerli və xarici turistlərin demək olar ki, hər ikincisinin artıq smartfonunda Bolt tətbiqinin olduğunu müşahidə edirik. Bu cür geniş tətbiq, şübhəsiz ki, Şamaxıda nəqliyyat sisteminin effektivlik və səmərəliliyinin artırılmasına köməklik göstərəcək, və şəhərin təklif etdiyi bütün gözəlliklərindən hər kəsin həzz almasını təmin edəcək.”

Bolt Şamaxı şəhərində fəaliyyətə başlaması münasibətilə ilk iki həftə ərzində bütün xidmət istifadəçilərinə, sürücülərə və sərnişinlərə endirimlər və bonuslar təqdim edir. Şəhərin sakinləri bütün səfərlərdə 50%-dək endirimdən yararlana biləcəklər və minimum qiymət 2 manatdan başlayacaq. Bundan əlavə, Bolt yeni tərəfdaş sürücüləri hər zaman dəstəkləyir. Şirkət sürücülərə zəmanətli gündəlik 20 manat bonus təqdim edəcək.

Bolt platformanın bütün istifadəçilərinin təhlükəsizliyinin qayğısına qalır. Yeni şəhərlərdə istifadəyə verildiyi zaman tətbiqdə təhlükəsizlik funksiyalarının genişləndirilmiş siyahısı təqdim edilir, məsələn, sərnişinlərin sığortalanması; sürücülərin reytinqlər; "Unmatching driver-rider" funksiyası və s. Həmçinin, hər hansı anlaşılmazlıq və ya xoşagəlməz vəziyyət yarandıqda, istifadəçilər hər zaman 24 saat işləyən və səfər zamanı yaranan bütün sualları və problemləri operativ şəkildə həll edən Bolt dəstək xidmətinə müraciət edə bilərlər.

“Bolt”, “Delivery” və “City to City “avtomobil kateqoriyaları artıq tətbiqdə mövcuddur. Səfər sifariş etmək üçün smartfonunuza Bolt proqramını yükləməli və qeydiyyatdan keçməlisiniz. Sonra təyinat yerini qeyd etməli və sürücü sifarişinizi təsdiqləyənə qədər gözləməlisiniz. Sərnişinlər həmçinin *1020 nömrəsi vasitəsilə çağrı mərkəzinə zəng etməklə səyahət sifariş edə bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin