https://innews.media/uploads/news/2024-06/_innews_fb10f2571404ed4ca96613d91_o.jpg
Pedaqoji Universitetin SABAH magistratura ixtisaslaşmalarını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib. Onlardan 1114 nəfəri müsahibədən məqbul cavab alaraq ADPU-nun SABAH magistratura ixtisaslaşmalarını seçmək şansı əldə ediblər.
Qeyd edək ki, ADPU-da SABAH magistratura üzrə 3 ixtisaslaşmada qəbul həyata keçirilir:
- Təlim və tədrisin təşkili və metodikası (SABAH)
- Təhsildə qiymətləndirmə və monitorinq (SABAH)
- Menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH)
ADPU-da magistratura səviyyəsində, ümumilikdə, 30 ixtisaslaşma üzrə qəbul həyata keçirilir.
Magistraturaya ixtisaslaşma seçimi 30 iyun 2024-cü il, saat 23:59-dək davam edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin